
Bakı. Trend:
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali
təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3
il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində
pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Trend
xəbər verir ki, bu barədə MÜTDA-nın direktorların işə qəbulu ilə
bağlı yaydığı sual-cavab faylında məlumat verilib.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 30
oktyabr saat 11:00-dan 11 noyabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq
elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb
olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra
ərizələrini təsdiq etməlidirlər.

