
Bakı. Trend:
Fərman Məmməd oğlu Abbasov Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
Trend-in
məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında bununla
bağlı müvafiq qərar səsverməyə qoyularaq qəbul edilib.
Fərman Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar indiki
vəzifəsindən azad edilib.

