Erkən yaşda şəkərin azaldılması ürək sağlamlığını yaxşılaşdırır

Baş səhifə

Bakı. Trend:

Yeni araşdırmaya görə, uşaqlıqda şəkərin məhdudlaşdırılması,
yetkinlik dövründə ürək xəstəlikləri riskinin azalması ilə
əlaqələndirilir.

Trend-in
məlumatına görə, bu barədə “MedicalXpress” portalı xəbər verib.

Tədqiqat 1953-cü ildə Böyük Britaniyada şəkər normasının sona
çatmasından sonra doğulan 63 minədək insanın məlumatlarını analiz
edib. Araşdırmaya görə, şəkər normasına məruz qalan, yəni şəkəri az
qəbul edən uşaqlarda sonradan infarkt, ürək çatışmazlığı, insult və
digər ürək-damar xəstəlikləri riski daha aşağı olub.




Ən güclü qoruyucu təsir şəkər qəbulu hamiləlik dövründən uşağın
2 yaşına qədər məhdudlaşdırılan insanlarda müşahidə edilib. Bu
qrupda ürək-damar xəstəliyi riski 20 faiz, ürəktutma 25 faiz, ürək
çatışmazlığı 26 faiz, atrial fibrilasiya 24 faiz, insult 31 faiz,
ürək-damar ölümləri isə 27 faiz azalıb. Tədqiqatçılar qeyd ediblər
ki, bu nəticələr şəkərin erkən yaşlarda azaldılmasının uzunmüddətli
ürək faydalarına malik ola biləcəyini göstərir.

Bununla belə, araşdırma müşahidə xarakterli olduğundan, alimlər
səbəb-nəticə əlaqəsini tam təsdiqləməyin mümkün olmadığını
bildiriblər. Onlar gələcək tədqiqatların fərdi pəhriz vərdişləri,
genetika və həyat tərzi amilləri ilə bağlı daha dəqiq nəticələr
ortaya qoya biləcəyini vurğulayıblar.