Gələn il dövlətin sosial müdafiə və sosial təminat xərcləri artırılacaq

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və
sosial təminat xərcləri üçün 4873,0 milyon manat vəsait
proqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisədə 121,2 milyon 32
manat və ya 2,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 721,8
milyon manat və ya 17,4 faiz çoxdur.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun
layihəsində öz əksini tapıb.

Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsi
xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz (2025-ci illə
müqayisədə 0,2 faiz-bəndi çox) təşkil edəcək. 2022-ci illə
müqayisədə 2026-cı ildə bu xərclərin dövlət büdcəsi xərclərinin
tərkibində xüsusi çəkisi 0,9 faiz-bəndi, mütləq ifadədə isə 1408,6
milyon manat və ya 40,7 faiz artıb.




Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının
yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı
ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial
müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə
təminatı üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 2750,9
milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2025-ci illə
müqayisədə 150,7 milyon manat və ya 5,8 faiz çoxdur.

2026-cı il üçün nəzərdə tutulmuş sosial müdafiə və sosial
təminat xərclərindən əhaliyə yaşa, əlilliyə, ailə başçısını
itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə,
ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına,
şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin
təqaüdlərinin maliyyələşdirilməsi üçün 2144,7 milyon manat (2025-ci
ilə nisbətən 201,8 milyon manat və ya 10,4 faiz çox), ünvanlı
dövlət sosial yardımlarının verilməsi üçün 465,0 milyon manat,
haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 141,2 milyon
manat vəsait proqnozlaşdırılmışdır.