Azərbaycanın 9 ayda müdafiə və milli təhlükəsizlik xərclərinin 62%-i icra edilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən ölkənin
müdafiə və milli təhlükəsizliyə 5,212 milyard manat xərclənib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 15,6% və ya 702 milyon manat çoxdur.




Qeyd edək ki, 9 ayda dövlət büdcəsindən müdafiə və milli
təhlükəsizlik xərclərinə 8,396 milyard manat ayrılıb.

Beləliklə, hesabat dövründə müdafiə və milli təhlükəsizlik
xərclərinin 62,1%-i icra edilib.