Ağdamın mərkəzi parkında ucaldılacaq “Fərhadın heykəli” hazırlanıb

Baş səhifə

Ağdam şəhərinin mərkəzi parkında yüksələcək Fərhad heykəlinin inşaatı prosesinə baxış keçirilib.

Bu barədə APA-ya Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Fərhadın heykəli”nin hazırlanması prosesi ilə tanış olub.