Estoniyanın “SAL Recruitment” şirkəti ilin sonuna kimi Azərbaycanda filialını açmaq istəyir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Estoniyanın “SAL Recruitment” şirkəti ilin sonuna kimi
Azərbaycanda filialını açmağı planlaşdırır.

Bunu Trend
energetika və maşınqayırma sahələrində işəgötürmə üzrə
ixtisaslaşmış “SAL Recruitment” şirkətinin direktoru Evald Qirtsız
müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkət azərbaycanlı tərəfdaşları ilə fəal
danışıqlar aparır və bir il ərzində ölkədə ofisinin açılması
imkanını nəzərdən keçirir.

“Biz həmkarlarımızla burada ilk dəfə martda olmuşuq, indi isə
konkret razılaşmalar barədə danışa bilərik. Bizim üçün Azərbaycanda
birgə fəaliyyət üçün təməl rolunu oynayacaq tərəfdaşlar tapmaq
vacibdir”, – deyə Qirtsız deyib.




“SAL Recruitment” direktoru vurğulayıb ki, şirkət personal
icarəsi sahəsində , o cümlədən qaz, neft və qazma üzrə
mütəxəssislərnin icarəsi sahəsində əməkdaşlıq etməkdə
maraqlıdır.

“Biz Norveç və Niderlandla əməkdaşlıq edirik, qazma qurğularında
fəaliyyət göstəririk və ixtisaslı mütəxəssislərin cəlb olunması
üçün bütün zəruri sənədləri rəsmiləşdirməyə hazırıq. Azərbaycan
bizim üçün perspektivli istiqamətdir”, – deyə direktor əlavə
edib.

Qeyd edək ki, şirkət aşağıdakı sahələr üçün mütəxəssislərlə
təmin edir:

  • Maşınqayırma və metal konstruksiyaların istehsalı sahəsi
    (qaynaqçılar montajçılar, və s.);
  • Sənaye üsullu boyama (toz və maye boyama, metallizasiya daxil
    olmaqla);
  • Günəş panellərinin quraşdırılması, tikinti, o cümlədən
    infrastrukturun inkişafı;
  • Kənd təsərrüfatı və fermerlik;
  • Qonaqpərvərlik və təmizlik xidmətləri;
  • Balıqçılıq sənayesi üzrə mütəxəssislər.