Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ADA Universitetinin “Xəzər Hövzəsi Araşdırmaları” proqramı çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinin xarici diplomatları ilə görüşüb.
“Report” xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
A.Hacızadə görüş zamanı Azərbaycanın xarici siyasət prioritetləri, həmçinin Xəzər regionunda siyasət formalaşması və geosiyasət mövzularında interaktiv müzakirə apardıqlarını bildirib.
Delighted to meet with foreign diplomats from the member and observer countries of the @Turkic_States within the Caspian Basin Studies Program of @ADAUniversity.
Had an interactive discussion about the foreign policy priorities of #Azerbaijan, policymaking and geopolitics in… pic.twitter.com/LjvANgxdu0
— Aykhan Hajizada (@Aykhanh) October 22, 2025
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

