Bakı. Trend:
Vaşinqton əmindir ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq
Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald
Tramp və Çin sədri Si Cinpin arasında keçiriləcək görüş iki ölkə
arasında ticarət anlaşmazlıqlarının həllinə gətirib çıxaracaq.
Trend-in
məlumatına görə, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri
Kevin Hasset bildirib.
“Gələn həftə hamı bu problemi həll etmək üçün Asiyaya yollanır
və mən tam əminəm ki, Prezident Tramp və Prezident Si Cinpin
dostcasına razılığa gələcəklər”, – deyə Hasset qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti oktyabrın 31-dən noyabrın 1-dək
Koreya Respublikasında keçiriləcək APEC sammiti çərçivəsində Si
Cinpinlə görüşməyi planlaşdırdığını açıqlamışdı.

