
Avropa sülh tərəfdarı deyil. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Avropa ancaq Kiyevi müharibəni davam etdirməyə təhrik edir
Kreml rəsmisi Rusiya-ABŞ sammitində hansısa Avropa İttifaqı ölkəsinin iştirakından danışmağın tez olduğunu söyləyib.
Peskov onu da qeyd edib ki, Rusiyanın ABŞ-la sammitə hansı təkliflərlə gedəcəyini “meqafon rejimi”ndə səsləndirməsi mümkün deyil, çünki bu, danışıqlar prosesinə xələl gətirəcək.

