ABŞ və Avstraliya kritik mineralların qazıntısına 3 milyard dollar sərmayə qoyacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ və Avstraliya hökumətləri son dərəcə vacib mineralların
qazıntısı üzrə layihələrə 3 milyard dollar sərmayə qoyacaqlar.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti
bildirib.




“ABŞ və Avstraliya hökumətləri növbəti altı ay ərzində son
dərəcə vacib mineralların qazıntısı üzrə layihələrə 3 milyard
dollardan çox sərmayə qoymağa hazırlaşırlar, bu layihələrdə bərpa
oluna bilən resursların dəyəri 53 milyard dollar dəyərində
qiymətləndirilir”, – deyə ABŞ prezidenti Donald Tramp və
Avstraliyanın baş naziri Entoni Albaneze görüşündən sonra dərc
olunmuş sənəddə bildirilib.