
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabr;n 21-nə olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Cəbrayıl rayonunun daha beş kəndinin işğaldan
azad edilməsi ilə bağlı paylaşım edib;
– Prezident İlham Əliyev Azərbaycan Ordusunun Füzuli rayonunun
daha üç kəndinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib;
– Prezident İlham Əliyev Azərbaycan Ordusunun Zəngilan rayonunun
Mincivan qəsəbəsi və 13 kəndinin işğaldan azad edilməsi ilə bağlı
paylaşım edib;
– Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib;
– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmənin artilleriya rəisi, divizion
komandiri və tabor komandiri məhv edilib. Ermənistan silahlı qüvvələrinin 556-cı
alayının taboru sıradan çıxarılıb;
Müdafiə Nazirliyi Ordumuzun artilleriya atışlarının videogörüntülərini yayıb;
– Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin
videogörüntüləri yayılıb;
– Ermənistanın növbəti PUA-sı məhv edilib. Düşmənin atıb qaçdığı növbəti
hərbi texnikaların videogörüntüləri yayılıb;
– Ermənistana məxsus daha 3 PUA məhv edilib;
– Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edib.

