
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində olan Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun
nəzdində təsis olunmuş “Üzümçülük və şərabçılıq məhsulları”nın
standartlaşdırırlması üzrə Texniki Komitənin (AZSTAND/TK 22)
növbəti iclası keçirilib.
Trend bu
barədə AZSTAND-a istinadən xəbər verir.
Bildirilib ki, iclas zamanı sözügedən Texniki Komitə tərəfindən
1 yeni dövlət standartı layihəsi, 4 dövlət standartının dövri
yoxlanılmasının nəticələri, eləcə də 3 milli standartın
hazırlanması üçün texnoloji təlimatlar müzakirə olunub.
Müzakirələrin yekununda həmin standart layihələrinin təsdiqi
məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul edilib.
Qeyd edilib ki, iclasın sonunda AZSTAND-ın nümayəndələri
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun laboratoriyaları
ilə yaxından tanış olaraq, orada aparılan tədqiqat işləri və
laborator imkanlar barədə məlumat alıblar.

