Narkotik kartelinə aid sualtı qayığı ABŞ ordusu tərəfindən məhv edilib – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu ABŞ-yə doğru hərəkət edən “narkotiklər daşıyan böyük
sualtı qayığını” məhv edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth
Social” sosial şəbəkəsində yazıb.




“Birləşmiş Ştatlara doğru hərəkət edən narkotik qaçaqmalçılığı
ilə məşğul olan böyük sualtı qayığı məhv etmək mənim üçün şərəf
idi. ABŞ kəşfiyyatı gəmidə fentanil və digər qeyri-qanuni
maddələrin daşındığını təsdiqləyib”, – deyə o bildirib.

O, həmçinin əlavə edib ki, qayıqda olan dörd nəfərdən ikisi
ölüb, sağ qalan iki nəfər isə öz ölkələrinə – Ekvador və
Kolumbiyaya qaytarılacaq.