Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın iclası keçiriləcək

Baş səhifə

“Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək”.

Metbuat.az azərtac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində deyib.

İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bildirib:

“Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.