
Bakı.Trend:
Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, oktyabrın 17-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 5 qumbara, 8 alışdırıcı, 7
tüfəng aşkar edərək götürülüb.
Həmçinin 510 ədəd müxtəlif çaplı patronun aşkar edilərək
götürüldüyü qeyd edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

