Rusiyanın Novosibirsk şəhərində taxta konstruksiyalı yaşayış evində baş verən yanğın nəticəsində azı dörd nəfər həlak olub.
“Report” bu barədə yerli KİV-ə istinadən məlumat verir.
Məlumata görə, yanğın taxta konstruksiyalı ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində başlayıb. Yanğın mənzilin 600 kv.m-nə yayılıb, dam örtüyünün bir hissəsi uçub.
Hadisə nəticəsində dörd nəfər həlak olub. “Bir kişi və üç qadın həlak olub”, – deyə regional prokurorluqdan jurnalistlərə bildiriblər.
Qurum yoxlamalara başlayıb, hadisənin bütün təfərrüatları araşdırılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

