Bakı. Trend:
“Fənərbaxça”nın futbolçusu Fred (Frederiko Rodriqez de Paula
Santos) karyerasını öz ölkəsində davam etdirə bilər.
Trend Türkiyə
mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun
xidmətində “İnternasyonal” maraqlıdır.
Təcrübəli yarımmüdafiəçinin qışda sabiq komandasına qayıtmağı
gündəmdədir. Braziliya klubu onun keçidini məhz bu qış həll etməyə
çalışır.
“İnternasyonal”, “Şaxtyor”, “Mançester Yunayted” klublarında
oynamış Fred 2023-cü ildə “Fənərbaxça”ya keçib.
Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na
qədərdir.

