
Bakı. Trend:
İşğaldan azad edilən ərazilərin Azərbaycan enerji sisteminə
qoşulması və ən qısa vaxtda enerji ilə təchiz edilməsi ilə bağlı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün azad
edilən rayonlarda olduğu kimi Füzuli rayonunda da böyük işlər
görülüb.
Trend xəbər
verir ki, “AzərEnerji” tərəfindən Füzulidəki “Şükürbəyli”
yarımstansiyasına “İmişli” yarımstansiyasından 51 kilometr məsafədə
110 kilovoltluq ötürmə xətti çəkilib. Eyni zamanda, “Şükürbəyli”
yarımstansiyası genişləndirilərək qovşaq yarımstansiyası olaraq tam
yenidən qurulub. Oradan isə Füzuli şəhərinə 110 kilovoltluq
ikidövrəli ötürmə xətti çəkilib və bir neçə ayın içərisində Füzuli
şəhərində 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib.
2021-ci ilin iyun ayının 14-də Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Füzuli” və
“Şükürbəyli” yarımstansiyalarının açılışı olub.
Bu gün şəhər günü qeyd edilən Füzulidə artıq 5 ildir ki,
Azərbaycan işığı yanır.

