
Bakı. Trend:
Sumqayıt şəhərində evlərin birindən oğurluq edilib.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yeyıb.
Bildirilib ki, şəhərin H.Z.Tağıyev qəsəbə sakini polisə müraciət
edərək yaşadığı evdən 300 manat və 2000 manat dəyərində qızıl-zinət
əşyasının oğurlanmasını bildirib.
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən
R.Abbasova və A.İbrahimova saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

