​TikTok-dan sərt qərar –

Baş səhifə

TikTok 2025-ci ilin ikinci rübündə189 milyondan çox videonu silib.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Açıqlamada deyilir ki, videolar qaydaları pozduğu üçün platformadan silinib. Hesabata görə, silinmiş məzmunun 99%-dən çoxu istifadəçi bildirişi olmadan, 90%-dən çoxu isə bir baxış olmadan silinib. Bildirişləri olan videoların 80,6%-i orta hesabla iki saat ərzində silinib. Məlumata görə, TikTok-un canlı yayımlarla bağlı moderasiya sistemləri, qaydaları pozduğu üçün 36 milyondan çox canlı yayımı dayandırıb. Əvvəlki dövrlə müqayisədə bu təxminən 100% artım deməkdir.

Xəbərdə deyilir ki, bu göstərici, TikTok-un canlı yayımlarla bağlı təhlükəsizliyə sadiqliyini nümayiş etdirir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.