Füzulidə baş verən qəzada 4 nəfər xəsarət alıb.
“Report”un Qarabağ Bürosunun əldə etdiyi xəbərə görə, “Mercedes” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Mercedes, də olan Beyləqan rayon sakinləri 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

