İl sonunadək Xocavəndə 1300-1500 ailənin qayıdışı gözlənilir

Baş səhifə

Xankəndi.Trend:

Bu ilin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçü
planlaşdırılır.

Trend xəbər
verir ki, bunu Xankəndidə keçirilən “III Azərbaycan Milli
Şəhərsalma Forumu”nda Prezidentin Ağdam, Füzuli və Xocavənd
rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.




Onun sözlərinə görə, bu proses 2026-cı ilə qədər davam
edəcək:

“Digər layihələr üzrə işlər də tam sürətlə davam edir. Ümid
edirik ki, 2026-cı ilə qədər Dövlər Proqramında qarşıya qoyulmuş
bütün hədəflər reallaşdırılacaq”.