Bakı. Trend:
Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Aksu şəhərindən 160 km
cənub-qərbdə 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddən
təxminən 104 km aralıda yerləşib.
Episentrdə yeraltı təkanların gücü MSK-64 şkalası üzrə 5,3 bal
olub.
əlzələlər, o cümlədən kifayət qədər güclü olanlar, vaxtaşırı
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində, Monqolustanın həmsərhəd
rayonlarında, Rusiyanın Tuva Respublikası, Altay Respublikasında və
Buryatiyanın qərb hissəsində baş verir.

