İranda Fransa vətəndaşları azadlıqdan məhrum edilib

Baş səhifə

Bakı. Trend:

İranın Tehran məhkəməsi iki Fransa vətəndaşını casusluq ittihamı
ilə uzunmüddətə azadlıqdan məhrum edib.

Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, Tehran məhkəməsində Fransa vətəndaşları Sesil
Koler və Jak Pari Fransa və İsrailə casusluq etməkdə ittiham
olunublar.




Qərara əsasən, 1 Fransa vətəndaşı 31 il, digər Fransa vətəndaşı
isə 32 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qərarla bağlı 20 gün müddətinə apellyasiyaya şikayət edilə
bilər.