SOCAR Qazaxıstanda “Dunqa” yatağının işlənməsi layihəsinə daxil ola bilər – EKSKLÜZİV

Baş səhifə
SOCAR Qazaxıstanda Dunqa yatağının işlənməsi layihəsinə daxil ola bilər - EKSKLÜZİV

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanda “Dunqa” yatağının işlənməsi layihəsində iştirak etməyə maraq göstərib.

Bu barədə “Report”a Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov məlumat verib.

Nazir müavini qeyd edib ki, Qazaxıstan və Azərbaycanın energetika nazirlikləri “KazMunayQaz” və SOCAR milli şirkətləri arasında neft kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal iş aparır.

“Potensial birgə layihələrin geniş spektrini müəyyən edən memorandum imzalanıb. Xüsusilə Manqistau vilayətində yerləşən “Dunqa” yatağı ilə bağlı SOCAR layihəyə daxil olmaq istəyini bildirib. Hazırda intensiv danışıqlar aparılır və biz Azərbaycanın Energetika Nazirliyindən onların nəticələrini gözləyirik. Qazaxıstan öz tərəfindən hərtərəfli dəstək göstərməyə hazırdır”, – S.Jarkeşov bildirib.