Slovakiyada iki qatarın toqquşması nəticəsində təxminən 100 nəfər xəsarət alıb

Baş səhifə
Slovakiyada iki qatarın toqquşması nəticəsində təxminən 100 nəfər xəsarət alıb

Slovakiyanın şərqində qatarların toqquşması nəticəsində təxminən 100 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Slovakiya KİV-ləri ölkənin daxili işlər naziri Matuş Şutay-Eştoka istinadən bildirib.

İki nəfərin vəziyyəti kritikdir.

Nazirin sözlərinə görə, qəzanın ilkin səbəbi qatarlardan birinin maşinistinin diqqətsizliyi olduğu ehtimal edilir.