Bakı. Trend:
ABŞ və Finlandiya ABŞ-ın Arktika regionunda müdafiəsini
gücləndirməyə kömək edə biləcək 11 buzqıran gəminin inşası ilə
bağlı razılığa gəliblər.
Trend xəbər verir ki, bu
barədə iki ölkə lideri Ağ Evdə keçirilən görüş zamanı elan
edib.
Müqaviləyə əsasən buzqıran gəmilərin dördü Finlandiyada, yeddisi
isə ABŞ-da düzəldiləcək.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Finlandiya ABŞ-a
buzqıran gəmi işini öyrədəcək.
Finlandiya Prezidenti Aleksandr Stubb Arktikanın ABŞ-ın
maraqları üçün əsas strateji bölgə olduğunu qeyd edib.

