Azərbaycan və BƏƏ HHQ komandanları görüşüb (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi
Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə
ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi
Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor
Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin
və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq
xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Zəfər parkına gələn BƏƏ nümayəndə heyəti Zəfər abidəsinin önünə
əklil qoyub.
HHQ-nin Mərkəzi Komanda Məntəqəsində təşkil edilən rəsmi qarşılanma
mərasimindən sonra Azərbaycan və BƏƏ HHQ komandanları arasında
görüş keçirilib.




Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı həyata keçirilən
tədbirlərə dair geniş fikir mübadiləsi aparıb, yeni perspektivlər,
həmçinin maraq doğuran digər məsələləri müzakirə ediblər.

Daha sonra BƏƏ nümayəndə heyətinə müasir standartlara uyğun
idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin əsas
fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim olunub.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.