
Bakı. Trend:
2025-ci ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən
31 icazə verilib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər,
əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi”
Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı
üzrə 23, ixracı üzrə 5 və tranziti üzrə 3 icazə verilib.
Bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi
vasitəsilə həyata keçirilib.

