
Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarət prizmasında əsas məqsədi lisenziyalaşdırılmış təşkilatların inkişafını təmin etməkdir.
“Report” xəbər verir ki, bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən fintex forumunda (“Baku Fintech Forum 2025”) bildirib.
“Təşkilatların daxili sistemləri onların qarşısında duran çağırışlara effektiv cavab verməlidir. Bu səbəbdən biz həm klassik tərzdə mexanizmlər həyata keçiririk, həm də “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapan risk əsaslı nəzarət üzərində çalışırıq. Bu, müasir intellekt modelinin köməyi ilə nəzarəti daha effektiv formada həyata keçirməyə imkan verir”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


