
Bakı. Trend:
Bu ilin 9 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn
qaydada 584294 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü
ilə müqayisədə 2 dəfə çoxdur.
Trend
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib iki, ötən ilin yanvar-sentyabr aylarında qabaqcadan
satış üzrə biletlərin xüsusi çəkisi 19,5% idisə, bu ilin müvafiq
dövründə bu rəqəm 33%-ə çatıb.
“Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə
inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet
alışına daha çox üstünlük verirlər.
Qeyd edək ki, “biletim.az” portalında 56 şəhər və rayona, 86
istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 341 reys olmaqla 389
nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli
şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və
avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına
çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı
vasitəsilə əldə etmələri tövsiyə olunur”,- deyə Agentlikdən qeyd
edilib.

