
Bakı. Trend:
HƏMAS hərəkatının tərksilah edilməsi girovların qaytarılmasından
sonra sülh prosesində növbəti mühüm mərhələ olacaq.
Trend xarci
KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri
Benyamin Netanyahu CBS telekanalına müsahibəsində deyib. O qeyd
edib ki, ilk növbədə HƏMAS silahlarını yerə qoymalı, ikinci olaraq
isə Qəzzada silah istehsalı müəssisələrinin olmamasına əmin
olunmalıdır.
Netanyahu HƏMAS bu şərtləri yerinə yetirməzsə, “əsl xaosun
başlayacağını” bildirib.

