Bakı. Trend:
Misir milli komandası 2026-cı il dünya çempionatının seçmə
mərhələsinin 9-cu turunda Cibutini 3:0 hesabı ilə məğlub edib.
Trend xəbər verir
ki, bu qələbə ilə Misir A qrupunda birinci yeri tutaraq dünya
çempionatına vəsiqəni təmin edib.
Görüşün ilk qolunu səkkizinci dəqiqədə İbrahim Adel vurub.
“Liverpul”un hücumçusu Məhəmməd Salah isə 14-cü və 84-cü
dəqiqələrdə fərqlənərək hesabı 3:0-a çatdırıb.
Qeyd edək ki, bundan əvvəl Afrikadan Mərakeş və Tunis də 2026-cı
il dünya çempionatına vəsiqə qazanmışdı.
2026-cı il dünya çempionatında 48 milli komanda iştirak edəcək.
Komandalar dörd komandalı 12 qrupa bölünəcək, ilk iki yeri tutan
komandalar birbaşa mərhələyə yüksələcək, üçüncü yeri tutan ən yaxşı
səkkiz komanda isə pley-off mərhələsində iştirak edəcək. Bundan
əlavə, turnirə yeni mərhələ – 1/16 final – əlavə olunacaq.

