Gümüşün qiyməti 2011-ci ildən sonra ilk dəfə 49 dolları keçib

Baş səhifə

Bakı. Trend:

“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüş
füçerslərinin qiyməti 2011-ci il aprelin 29-dan bəri ilk dəfə 1
Trua unsiyası üçün 49 dolları ötüb.

Trend-in
məlumatına görə, Bakı vaxtı ilə saat 19:05-də gümüşün qiyməti 2.91%
artaraq 49.04 dollar təşkil edib.




Bir neçə dəqiqə sonra, saat 19:10-da isə qiymət bir qədər enərək
48.85 dollara düşüb.