
Bakı. Trend:
Fransa Futbol Federasiyasının mətbuat xidməti milli komandanın
yeni baş məşqçisinin Zinəddin Zidan olduğunu açıqlayıb.
Mütəxəssislə 2030-cu ilədək nəzərdə tutulan müqavilə imzalanıb.
Fransa millisi 2026-cı il dünya çempionatındakı çıxışını Didye
Deşamın rəhbərliyi altında başa vurub. Deşam turnirin başa
çatmasından sonra vəzifəsindən ayrılacağını daha əvvəl bəyan
etmişdi.
Dünya futbolunun əfsanəsi olan “Zizu” 2021-ci ildən bəri məşqçi
kimi fəaliyyət göstərmirdi. O, daha əvvəl iki dəfə Madridin “Real”
klubuna rəhbərlik edib: ilk dəfə 2016–2018-ci illərdə, ikinci dəfə
isə 2019–2021-ci illərdə. Onun rəhbərliyi altında Madrid təmsilçisi
11 titul qazanıb, o cümlədən ardıcıl üç mövsüm UEFA Çempionlar
Liqasının qalibi olub.

