ASK
- 08 oktyabr, 2025
- 19:41
Bu il ölkəmizdə yazlıq şəkər çuğunduru əkini azalıb.
“Report”un Muğan bürosu xəbər verir ki, bu il 20 rayonda olmaqla, 5 880 hektar sahədə yazlıq çuğundur əkilib.
Ötən il isə ölkə üzrə 24 rayonda 7 400 hektar sahədə şəkər çuğunduru əkilib.
Qeyd edək ki, qarşıdakı günlərdə yazlıq sahələrdən məhsul yığımı aparılacaq. Ümumilikdə, 220 min ton məhsul götürülməsi proqnozlaşdırılır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

