“Microsoft” milyonlarla “Windows” istifadəçisini təhlükə ilə bağlı xəbərdar edib

Baş səhifə

Bakı. Trend:

Əgər kompüterlərin əməliyyat sistemləri gələn həftəyə qədər
yenilənməsə, yüz milyonlarla istifadəçi kiberhücum riski ilə üzləşə
bilər.

Trend xəbər verir
ki, bu barədə “Microsoft” korporasiyası hələ də “Windows 10”
əməliyyat sistemindən istifadə edən istifadəçilərə müraciət
edib.




Məlumata görə, 10 illik tarixi olan əməliyyat sisteminin texniki
dəstək xidməti və təhlükəsizliklə bağlı yeniləmələri oktyabrın
14-dən etibarən dayandırılır.

“Microsoft” rəsmiləri istifadəçiləri əməliyyat sistemlərini
dedlayn başa çatana qədər “Windows 11”ə yeniləməyə çağırıb.