Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə geri qaytarılan vəsaitin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar–sentyabr aylarında dövlət büdcəsindən fiziki və
hüquqi şəxslərə ümumilikdə 218 milyon 354,8 min manat məbləğində
vəsait geri qaytarılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində
istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına,
fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində,
mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə,
eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana
xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən
nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə
ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət
rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri
qaytarılıb.