Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər
naziri İvet Kuper telefon danışığı zamanı Ukrayna münaqişəsinin
diplomatiya yolu ilə həlli istiqamətində səyləri davam etdirmək
barədə razılığa gəliblər.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.
“Dövlət katibi və xarici işlər naziri Rusiya-Ukrayna
münaqişəsinə son qoymaq və danışıqlar yolu ilə davamlı sülhün
bərqərar olması üçün diplomatik səyləri davam etdirmək barədə
razılığa gəliblər”, – deyə bildirilib.
Həmçinin qeyd edilib ki, Rubio və Kuper Ukraynadan əlavə, Yaxın
Şərq münaqişəsini müzakirə edərək, ABŞ prezidenti Donald Trampın
planının həyata keçirilməsi ilə Qəzza zolağında müharibəyə son
qoyulmasının vacibliyini vurğulayıblar.

