ASCO gəmiləri ilə yanvar-sentyabrda yükdaşımalarda 10% artım qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri ilə həyata
keçirilən yükdaşımalar 2025-ci ilin yanvar-sentyabr aylarında ötən
ilin eyni dövrü ilə müqayisədə təxminən 10% artaraq 6,4 milyon
tondan 7 milyon tona yüksəlib.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat
yayıb.

Bildirilib ki, 2025-ci ilin 9 ayında tanker gəmiləri ilə 3 349
441 ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövründəki 3 028
549 tonla müqayisədə təxminən 10,6% artım deməkdir.




Universal quru yük gəmiləri ilə daşımalarda isə 70% artıma nail
olunub. Bu tip gəmilərlə 2025-ci ilin 9 ayı ərzində 1 019 065 ton
yük daşınıb. 2024-cü ilin analoji dövründə isə bu rəqəm 601 451 ton
təşkil edib.

Hesabat dövründə bərə və RoPax tipli gəmilərlə 28 330 ədəd
avtotexnika və yük avtomobili, 28 076 ədəd vaqon daşınıb. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə həm avtotexnika və yük avtomobili, həm
də vaqon sayında təxminən 4% azalma qeydə alınıb.