ABŞ Prezidenti Ağ Evdə finlandiyalı həmkarını qəbul edəcək

Baş səhifə
ABŞ Prezidenti Ağ Evdə finlandiyalı həmkarını qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Ağ Evdə finlandiyalı həmkarı Aleksandr Stubbu qəbul edəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

Qeyd edilir ki, Finlandiya Prezidenti ABŞ-yə işgüzar səfər edəcək. Levittin sözlərinə görə, həmin gün Amerika prezident kabinetinin iclası da baş tutacaq.

Mətbuat katibi Trampın oktyabrın 7-də Ağ Evdə Kanadanın Baş naziri Mark Karnini qəbul edəcəyini təsdiqləyib.