
Bakı. Trend:
Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatına əsasən, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.
Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-23° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 80-85 %, gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Lakin səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı
ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə
arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti,
dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

