Kamçatkada Vilyuçinski vulkanına dırmaşan turist ölüb

Baş səhifə
Kamçatkada Vilyuçinski vulkanına dırmaşan turist ölüb

Oktyabrın 4-də Kamçatkada Vilyuçinski vulkanında 3 turist hündürlükdən yıxılıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, turistlərdən biri ölüb, birinin vəziyyəti ağırdır.

Üçüncü turistin yeri müəyyən edilib və hazırda o təxliyyə olunur.

FHN-dən verilən məlumata görə, turist qrupu qeydiyyatdan keçməyib, onların qalxdıqları marşrut isə 2025-ci il iyulun 1-dən rəsmən bağlanıb.