“Benfika” futbolçuları və Mourinyo virusa yoluxub

Baş səhifə

Bakı. Trend:

Portuqaliyanın “Benfika” futbol klubunun bir neçə futbolçusu və
məşqçi heyətinin üzvləri, o cümlədən komandaya Joze Mourinyo
“Portu”ya qarşı vacib matç ərəfəsində virus infeksiyasına
yoluxub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, vəziyyət yaxşılığa doğru düzəlməsə oktyabrın 5-ə
təyin olunmuş matç təxirə salına bilər.




Portuqaliya çempionatının reqlamentinə görə, komandada meydana
çıxmağa 13 nəfərdən az oyunçu olduğu təqdirdə matç ertələnə bilər.
Futbolçuların meydana çıxmaq üçün sağlamlıq vəziyyətini müvafiq
səhiyyə orqanları təsdiqləməlidir. Hələlik “Benfika” rəhbərliyi
oyunun ertələnməsi ilə bağlı müraciət etməyib.

Xatırladaq ki, Mourinyo sentyabrın 18-dən etibarən “Benfika”
klubuna başçılıq edir.