Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 67 % azalıb

Baş səhifə
Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 67 % azalıb

Bu ilin I yarısında Azərbaycandakı investisiya şirkətlərinin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 67 % və yaxud 2,9 milyon manat azalaraq 1,5 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

Sənədə əsasən, investisiya şirkətlərinin xalis mənfəətində azalmanı şərtləndirən əsas amillər artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə, inzibati xərclər olub.

Yanvar-iyun aylarında investisiya şirkətlərinin aktivləri 23 % və yaxud 42 milyon manat azalaraq 140 milyon manat, o cümlədən öhdəlikləri 33 % və yaxud 42 milyon manat azalaraq 86 milyon manat təşkil edib. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) azalması olub.