Astana. Trend:
Qazaxıstan innovativ startaplar və qlobal texnoloji şirkətlər
üçün platformaya çevrilməsinə imkan verəcək vençur ekosistemini
fəal şəkildə formalaşdırır.
Trend xəbər verir
ki, bunu Stanford Universitetinin professoru və vençur kapitalı
üzrə ekspert İlya Strebulayev Astanada keçirilən “Digital Bridge
2025” forumunda deyib.
O vurğulayıb ki, Qazaxıstan yeni şirkətlərin və startapların
inkişaf etməsi və vençur maliyyələşməsi əldə edə bilməsi üçün
infrastruktur və normativ şərait yaradır.
“Qlobal vençur kapitalının Mərkəzi Asiya da daxil olmaqla
müxtəlif regionlara gəlməsi və sahibkarların vençur düşüncəsini
qoruyub saxlaması vacibdir”, – deyə o əlavə edib.
Strebulayev həmçinin ABŞ-yə dair təsirli statistik məlumatları
diqqətə çatdırıb: dünyanın ən böyük on şirkətindən yeddisi vençur
kapitalı əsasında yaradılıb və oxşar imkanlar indi Qazaxıstan,
eləcə də regionun digər ölkələri üçün də açılır.

