Tofiq Bəhramovda böyük həyəcan

Baş səhifə

Tofiq Bəhramov adına Respublika Stadionu böyük futbol həyəcanına şahidlik edəcək.

Metbuat.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində ikinci oyun keçiriləcək. Bizi təmsil edən Ağdam klubu “Qarabağ” güclü rəqib olan Danimarkanın “Kopenhagen” komandası ilə üz-üzə gələcək. Oyun bu gün saat 20:45-də baş tutacaq.

Xatırladaq ki, 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində məhz bu komandalar üz-üzə gəlmişdi. Bakıda keçirilən ilk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlmiş, cavab oyununda isə 2:1 hesabı ilə uduzsa da, ümumi nəticə 2–2 olmuşdu. Səfər qolu qaydasına əsasən Azərbaycan futbolu tarixində ilk dəfə olaraq “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə adlamışdı. Bu gün isə hər kəsin gözü yenidən həmin möhtəşəm qarşıdurmadadır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.