Ötən ay zəhərlənənlərin sayı açıqlandı – Ölənlər var

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin
Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər (81 nəfər ağır
vəziyyətdə olmaqla) zəhərlənmə səbəbilə qəbul olunub.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi
Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, onlardan 35 nəfəri dərman preparatlarından, 27
nəfəri sirkə turşusundan, 2 nəfəri spirtli içkilərdən, 8 nəfəri
ilan sancmasından, 7 nəfəri allergik reaksiyadan, 2 nəfəri
yandırıcı məhlullardan, 1 nəfəri həlledici maddədən, 6 nəfəri
fosfor üzvi birləşmələrdən, 2 nəfəri anafilaktik şokdan, 1 nəfəri
isə inhalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

“Pasiyentlərin hər birinə tibb personalı tərəfindən intensiv
müalicə tədbirləri tətbiq edilib.




Düzgün müalicə taktikaları nəticəsində 88 nəfər sağalaraq,
qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.

Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf
ki, 3 nəfərin (2 kişi, 1 qadın olmaqla) həyatını xilas etmək mümkün
olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman
preparatları ilə ağır zəhərlənmə olub.

Əhalini məişətdə təhlükəli kimyəvi maddələrdən istifadə zamanı
diqqətli olmağa, dərman preparatlarını yalnız həkim göstərişi ilə
qəbul etməyə və xüsusən də sirkə turşusundan istifadə edərkən
ehtiyatlı davranmağa çağırırıq”,- deyə o əlavə edib.