Bakı.Trend:
Paytaxt sakini idarə etdiyi avtomobildə qəza törədərək həyatını
itirib.
Trend xəbər
verir ki, 1998-ci il təvəllüdlü Bakı şəhər sakini Nəcəfov Aydın
Gülağa oğlu 28.09.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu
Bilgəh qəsəbəsi istiqamətində idarə etdiyi avtomobillə
yol-nəqliyyat hadisəsi törətmiş və aldığı xəsarətlərdən növbəti gün
səhiyyə müəssisəsində ölüb.
Bildirilib ki, Fakta görə Xəzər rayon polis idarəsinin istintaq
şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi
başlanaraq istintaqı davam edir.

